Ağ Ev Süleymaninin öldürülməsinin səbəbini açıqladı

DÜNYA 07 yan 2020, 22:46

“İran generalı Qasım Süleymani amerikalı diplomatlara və hərbçilərə qarşı sui-qəsd hazırlamışdı”.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen deyib:


“Bizdə olan çox əhəmiyyətli informasiyaya əsasən, Süleymani və danışıq apardığı şəxs yaxın günlərdə xeyli sayda amerikalı diplomatı və əsgərləri öldürməyə hazırlaşırdı”.


O’Brayan Süleymaninin öldürülməsi fikrinin Donald Tramp üçün xarici siyasət və milli təhlükəsizlik sferasında “təməl daşı” olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top