ABŞ İraqa qarşı sanksiyalar hazırlayır

DÜNYA 07 yan 2020, 09:36

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.

 

Demokrat.az-ın məlumatına görə, buna səbəb İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul etməsidir.

 

Bildirilib ki, xüsusilə, ABŞ biznesinin İraqın biznes dairələrilə iş qurmasına qadağa qoyulması imkanları nəzərdən keçirilir.

 

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika tərəfinə düşmənçilik göstərəcəyi təqdirdə Bağdadı iqtisadi məhdudiyyətlərlə təhdid edib.

 

Sanksiyaların tətbiq olunmasında aparıcı rolu Ağ Ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq. (trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top