Bakıda dəhşətli qəza — Sürücü bu maşından sağ çıxdı (VİDEO)

HADİSƏ 07 yan 2020, 09:23

Bakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub.

 

Demokrat.az APA-ya istinadla xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.

 

Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarəetmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.

 

Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış yük maşınına çırpılıb.

 

Hadisə nəticəsində sürücünün xəsarət aldığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

 

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top