“Unibank”ın müştərilərinin kartlarından böyük məbləğdə pullar çəkilib

HADİSƏ 07 yan 2020, 09:10

Dünən axşam saatlarında "Unibank" ASC-nin debet kartlarının balansından pul silinib.

 

Demokrat.az xəbər verir ki, bu barədə bankın plastik kart istifadəçiləri sosial şəbəkədə məlumat yayıb.

 

Əksər istifadəçilər balanslarından müəyyən vəsait silindiyini açıqlayıb. Bəzi kart istifadəçiləri isə əksinə, balanslarına əlavə vəsaitlərin yükləndiyini bildiriblər.

 

Bankın yaydığı açıqlamada yaranan problemin texniki yenilənmə ilə bağlı olduğu bildirilib.

 

"Bayram günlərində aparılan profilaktik işlərlə bağlı bəzi kartların balansında dəyişikliklər olub. Hazırda sistemdə texniki yenilənmələr gedir. Bank əməkdaşları məsələnin həlli ilə məşğuldurlar.

 

Narahatlığa heç bir əsas yoxdur. Ən qısa müddət ərzində kartların balansı bərpa ediləcək. Xahiş edirik narahat olmayasınız”, - deyə "Unibank"ın açıqlamasında bildirilir. (modern.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top