Tovuzda itkin düşən 10 yaşlı qızın yandırılmış meyiti tapıldı — FOTO (YENİLƏNİB)

HADİSƏ 06 yan 2020, 23:41

Ötən il Tovuz rayonununda itkin düşmüş 10 yaşlı qızın meyiti tapılıb.

 

Demokrat.az  "Report"a istinadən xəbər verir ki, 2019-cu ilin noyabrın 21-də itkin düşən Tovuz rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti Dondar Quşçu kənd ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

 

Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Xatırladaq ki, hadisə noyabrın 21-i gecə saatlarında baş verib. N.Quliyeva axşam saatlarında qonşuluqdakı toya hazırlıq mərasiminə gedib. Babası ondan evə gedib gödəkcəsini gətirməsini istəyib. Bundan sonra ondan heç bir xəbər alınmayıb.

 

 

 

***

 

Ötən il noyabrın 21-də Tovuz rayonunda itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti tapılıb.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, azyaşlının meyiti bu gün axşam saatlarında rayonun Dondar Quşçu kəndində aşkarlanıb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top