Flora Kərimova xəstəxanaya yerləşdirildi

HADİSƏ 06 yan 2020, 22:23

Müğənni Afət Fərmanqızı verilişlərin birində çıxış edərkən deyib ki, təz il hansısa şairin ili elan edilərsə, onun da şeirlərinə mahnı bəstələyəcək. 

 

Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənninin fikirlərinə münasibət bildirib və ona bu istiqamətdə peşəkarlarla işləməyi tövsiyə edib:

 

“Bir verilişdə Afət Fərmanqızıyla söhbət etdik və mən gördüm ki, o, həqiqətən inanır ki, çox düz edir. Bizim müğənnilərimizin bir problemi var ki, o da savadsızlıq və maariflənməməkdir. Bunlar istəyir ki, gündəmdə olmaq üçün qeyri-adi işlər görsünlər. Amma Afətin görünüşü, musiqi duyumu çox gözəldi və əgər peşəkar bir adamlarla işləsə, oxuyan ola bilər. Yoxsa ki, bunlar əsasən toyu üstün tuturlar və bu toy da yaşla, gözəlliklə bağlı bir şeydir və sonra bu tükənir. Mən ona dedim ki, Afət, altmış yaşından sonra vəziyyətin necə olacaq”.

 

Xalq artisti müğənninin Flora Kərimovanı məhkəməyə verməsinə və sonradan ərizəsini geri götürməsinə də toxunub:

 

“Əvvəla Afət gərək buna cəsarət etməyəydi, onunla söhbətdən sonra gördüm ki, doğrudan da düşüncəli qızdı, müəllim ailəsində böyüyüb. Flora xanım xəstədi, klinikaya yerləşdirilib. Bizim verilişimiz olmalıydı, amma axşam mənə zəng vurub dedilər ki, Flora xanımın qəfil halı dəyişib və xəstəxanaya yerləşdirilib. Məndə olan məlumata görə Mərkəzi Klinaya yerləşdiriblər və müayinə olunur. Sonrası necə olacaq, bilmirəm”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top