Bakıda ŞOK HADİSƏ: qarət etdikləri evi yandırdılar (VİDEO)

HADİSƏ 06 yan 2020, 20:39

Ötən gün Bakıda fərdi yaşayış evində yanğın olub. Zərərçəkmiş ev sahibi iddia edir ki, onun mənzilindən naməlum şəxs və ya şəxslər oğurluq etdikdən sonra izi itirmək məqsədi ilə yandırıblar. Qeyd edək ki, hadisə zamanı ev sahibinə təxminən 50-60 min manat zərər dəyib.


Əvvəlcə qarət edib sonra izi itirmək məqsədi ilə evi yandırıblar.


Hadisə ötən gün paytaxtın Binəqədi rayonu Əlheydər Qarayev küçəsində baş verib. Zərərçəkmiş ev sahibi Qalib Məmmədov deyir ki, özü və həyat yoldaşı işdə olduqları vaxt qonşular zəng vurublar ki, mənziləri yanır. Hadisə şahidləri daha sonra yanğınsöndürənlərə məlumat veriblər. Əraziyə rayon yanğından mühafizə bölmələrinin bir neçə yanğınsöndürən avtomobili və canlı qüvvəsi gələrək alova müdaxilə ediblər.


Zərərçəkmiş iddia edir ki, onun evini yandırıblar. Daha doğrusu naməlum şəxs və ya şəxslər evə girib, pul, qızıl və məişət əşyalarını oğurladıqdan sonra izi itirmək məqsədi ilə mənzilə od vurublar.


Qalib Məmmədov deyir ki, qonşular hadisə yerinə gələndə otaqlarından birinin pəncərəsinin dəmir barmaqlıqlarının yerdə, pəncərənin də qırıq oduğunu görüblər.Zərərçəkmişin sözlərinə görə, ona təxminən 50-60 min manat civarında zərər dəyib. Qeyd edək ki, hadisə yerinə ərazi üzrə 43-cü polis bölməsinin əməkdaşları da gəlib baxış keçiriblər. Bölmədən bildirdilər ki, hadisə ilə bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top