Bakıda 4 otaqlı evdə və Sumqayıtda birmərtəbəli binada yanğın baş verdi

HADİSƏ 06 yan 2020, 09:26

Bakı şəhərinin Binəqədi rayonunda 4 otaqlı evdə və Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binada yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Sumqayıt şəhərində ümumi sahəsi 500 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli binanın 1 otağında taxta tullantıları 20 m² sahədə və tavan 20 m² sahədə yanıb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top