İbrahimoviçin heykəlinin başına oyun açdılar — FOTOLAR

İDMAN 05 yan 2020, 23:55

Bir neçə gün əvvəl “Milan” (İtaliya) klubuna transfer olunan məşhur futbolçu  Zlatan İbrahimoviçin heykəli növbəti dəfə hücuma məruz qalıb.


Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup şəxs isveçli hücumçunun Malmö şəhərindəki heykəlinin ayaqlarını kəsərək, aşırıblar. 


Hadisəni törədənlər 38 yaşlı forvardın heykəlinin başına üzərində “İsveç” yazılan sviter də keçiriblər. Heykəlin yaxınlığına isə “götürülsün” sözü yazılıb.


Hadisə ilə bağlı araşdırma aparılır.


Xatırladaq ki, bundan əvvəl bir qrup şəxs hücumçunun heykəlini boyayaraq yandırmağa cəhd etmiş, burnunu qoparmışdılar.(Yeni Sabah)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top