Qasım Süleymaninin öldürülmədən öncə yazdığı məktub ÜZƏ ÇIXDI — FOTO

HADİSƏ 05 yan 2020, 21:31

İranın İnqilab Keşikçiləri korpusunun komandanlarından olan Qasım Süleymaninin öldürülmədən bir neçə saat əvvəl yazdığı məktub üzə çıxıb.


Demokrat.az yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Süleymaninin qardaşı açıqlama verib:


"Əlyazma şəhadətindən 2-3 saat əvvələ aiddir. Öldürülməzdən 1 həftə əvvəl birlikdə idik. Bu, son görüşməmiz oldu. Əlyazmanı Suriyada təyyarəyə minməzdən qabaq yazıb.Həmin əlyazma və üzüyünü dünən axşam qızına göndərdilər. Əlyazmadan da görünür ki, şəhid olacağını bilirmiş"


Qeyd edək ki, əlyazmada "Allahım, səni görməyə aşıiqəm, bizləri qəbul et" yazılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top