Mahaçqaladan Bakıya birbaşa aviareys açılır

İQTİSADİYYAT 05 yan 2020, 14:43

Bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır.


Bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.


A.Pirməhəmmədov bildirib: "Hazırda beynəlxalq istiqamətdə Tehran və Bakıya birbaşa aviareyslərin açılması məsələsi üzərində işləyirik. Bu aviareyslərin bu il açılması planlaşdırılır".


Onun sözlərinə görə, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top