Bakıda təcili tibbi yardım avtomobili qatarla toqquşdu, 3 nəfər xəsarət aldı — FOTO

HADİSƏ 05 yan 2020, 09:03

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı tibb işçiləri xəsarət alıb.

 

Oxu.Az xəbər verir ki, qəza Qala qəsəbəsi ərazisində qeydə alınıb.

 

Xəzər rayonunun 10 saylı Təcili Yardım Stansiyasına məxsus xidməti avtomobil qorunmayan dəmiryol keçidindən keçmək istəyib. Bu zaman yük qatarı təcili tibbi yardım avtomobilini vurub.

 

Nəticədə briqadanın üzvləri - 1984-cü il təvəllüdlü həkim Süleymanova Zərifə Şahin qızı, 1972-ci il təvəllüdlü tibb işçisi Nəsibov Bayram Kamal oğlu və 1957-ci il təvəllüdlü sürücü Kərimov Mais Mustafa oğlu ağır xəsarət alıb.

 

Yaralılar dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü M.Kərimov ayağından ağır xəsarət aldığından onun ayağı amputasiya olunub.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top