Azərbaycanda dəhşətli hadisə — Qəzaya səbəb olan sürücü kömək etmək əvəzinə aradan çıxdı (ANBAAN VİDEO)

HADİSƏ 03 yan 2020, 11:26

Azərbaycanda baş verən dəhşətli qəza anı kameraya düşüb.


Demokrat.az xəbər verir ki, hadisə Hacıqabul rayonunda baş verib.


Belə ki, yolun ikinci zolağından geriyə dönmə əməliyyatı etmək istəyən “VAZ 2106” markalı avtomobil arxadan gələn “Mercedes”in qəzaya uğramasına səbəb olub. Qəza zamanı  “Mercedes” markalı maşın dəmir arakəsmələrə çırpılıb. 


“06”nın sürücüsü isə heç nə olmamış kimi geriyə dönmə əməliyyatını başa çatdırıb və hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.


Həmin görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top