Şamaxıda ağır qəza baş verdi — Yaralılar var (VİDEO)

HADİSƏ 03 yan 2020, 09:46

Şamaxıda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.  

 

Demokrat.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunda, Məlhəm kəndi yaxınlığında qeydə alınıb. 

 

Şamaxı şəhər sakini Elvin İxtiyarovun idarə etdiyi “Niva” markalı avtomobillə şəhər sakini Elşad Etibarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. 

 

Qəza zamanı hər iki sürücü, o cümlədən avtomobildə olan sərnişinlər İxtiyarova Arzu və Abıyev Rövşən müxtəlif bədən xəsarəti alaraq təcili tibbi yardım və ərazidəki vətəndaşların köməkliyi ilə Şamaxı rayon Mərkəzi xəstəxanasasına aparılıb.  

 

Cərrahiyə şöbəsinə yerləşdirilən xəstələrin vəziyytəti orta qağır qiymətləndirlir.  

 

Faktla bağlı araşdırma aparılır.  

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top