Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atanlar tutuldu

HADİSƏ 31 dek 2019, 23:39

Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.


Bu barədə  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 


O bildirib ki, metropoliten qaydalarını kobud şəkildə pozan şəxslərlə bağlı tədbirlər yekunlaşıb:


“Metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüüar Hüseynli, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü Rövşən Məmmədov olub. Onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar haqqında hüquqi qaydada tədbir görüləcək”.


B.Məmmədov hər kəsi metro qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:


“Metropoliten qaydalarına əməl etməklə ilk növbədə sərnişinlər özlərinin, daha sonra isə digər sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadəsinə şərait yaratmış olacaqlar”. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top