Baş nazir jurnalistləri təbrik etdi

Azərbaycanın baş naziri Novruz Məmmədov Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edib.

 

Demokrat.Az xəbər verir ki, Novruz Məmmədov təbrikini sosial şəbəkədəki səhifəsində yazıb.

 

“Milli Mətbuat Günü münasibəti ilə KİV nümayəndələrini – jurnalistlərimizi təbrik edir, onlara bu çətin, şərəfli və müqəddəs fəaliyyətlərində uğurlar arzulayıram. İnanıram ki, KİV nümayəndələri mübarizələrini və qarşılarında duran vəzifəni müstəqilliyimizin, dövlətçiliyimizin və qazandığımız nailiyyətlərin qorunması, daha da inkişafı və möhkəmləndirilməsi naminə bundan sonra da əzmlə davam etdirəcəklər”, - deyə Məmmədov statusunda bildirib.

 

Demokrat.Az

21 İyul 2018, 11:57   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß