Prezident: "Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının “Rossiya-24” televiziya kanalına müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

 

Demokrat.az  həmin müsahibəni təqdim edir:

- Cənab Prezident, salam. Çox sağ olun ki, bizi Azərbaycanda yenidən qəbul edirsiniz. Biz 2019-cu ilə birlikdə yekun vura bilərik. Bu il Azərbaycan üçün, Rusiya-Azərbaycan münasibətləri üçün necə olub?

-Sizi Azərbaycanda yenidən görməyimə çox şadam, xoş gəlmisiniz. Keçənilki görüşümüzü xatırlayıram. İlin sonunda görüşmək yaxşı bir ənənə olub. Əlbəttə, həm azərbaycanlı, həm də rusiyalı tamaşaçılara deməyə sözümüz var. Ona görə ki, bu il ikitərəfli münasibətlərin inkişafı baxımından həqiqətən çox zəngin olub.

Biz ilə yekun vururuq. Əminəm ki, bu il bizim münasibətlərimizin tarixinə ölkələrimizin yaxınlaşması baxımından ən fəal və dinamik illərdən biri kimi daxil olacaq. Yüksək səviyyədə əlaqələrimiz çox olub. Mən Rusiya Prezidenti ilə dəfələrlə görüşmüşəm və hər bir görüş çox faydalı, səmərəli və nəticəyönümlü olub. Bizim öz komandalarımıza verdiyimiz tapşırıqlar yerinə yetirilib. Biz praktiki olaraq bütün fəaliyyət sahələrimizi – ticarət, nəqliyyat, energetika, humanitar və turizm sahələrini əhatə edən beş “yol xəritəsi” çərçivəsində proqramı fəal surətdə reallaşdırırıq. Bu ilin sonunda həmin “yol xəritələri”nə daha ikisi – innovasiyalar üzrə və gənclər siyasəti üzrə “yol xəritələri” əlavə olunub. Bu, bizim təşəbbüsümüz idi və Rusiya tərəfindən müsbət qəbul edildi.

Deməliyəm ki, artıq gələn ilin fevral ayında birinci Rusiya-Azərbaycan gənclər forumunun keçirilməsini planlaşdırırıq. Biz hesab edirik ki, ikitərəfli nailiyyətlərimizi qoruyub saxlamaq və artırmaq üçün gənc nəsil hökmən ünsiyyətdə olmalı, bir-birini tanımalı, əməkdaşlıq baxımından yetkin həyata hazırlaşmalıdır. Buna görə əminəm ki, Azərbaycan və Rusiya gənclərinin birinci forumu çox faydalı, xoşagələn, maraqlı olacaq və beləliklə, gənc nəslin nümayəndələri artıq bir-birini tanıyacaqlar. Əminəm ki, indiki nəsil kimi, gələcək nəsil də əlaqələrimizi möhkəmlətməyə çalışacaq.

Sənaye sahəsində çox iş görülüb. Şadıq ki, bu il Azərbaycanda ən iri sənaye layihələrindən biri həyata keçirilib. “Qazprombank” bu layihənin maliyyələşdirilməsinə təqribən 500 milyon dollar ayırıb. Bu il Azərbaycanda 100 faiz Rusiya investisiyalı əczaçılıq müəssisəsi açılıb. Bu da çox mühüm hadisədir. Ona görə ki, bu gün biz əczaçılıq şirkətlərinin məhsullarının satışı məsələsində çox cəhətdən idxaldan asılıyıq. Bu il həm də “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub. Deməliyəm ki, bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər.

Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik. Azərbaycanda istehsal edilən “KamAZ” və “Ural” avtomobillərindən əlavə, “QAZ” avtomobilləri istehsalı zavodunun da təməli qoyulub. Metro vaqonlarının təchizatı barədə Rusiya şirkəti ilə üçillik kontrakt imzalanıb. Biz metronun vaqon parkını tamamilə yeniləyirik. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonu açılıb. Bu da əlamətdar hadisədir. Pavilyon ilkin görkəmində bərpa edilib. Bu, məşhur beynəlxalq məkanda Azərbaycanın mədəni mərkəzidir.

Dekabrın 24-də Samur çayı üzərində yeni avtomobil körpüsü açılıb. Bu körpü dövlətlərimizi əlaqələndirir. Bu da çox mühüm hadisədir. Ona görə ki, köhnə körpü ötən əsrin 50-ci illərində tikilmişdi və daşınan yüklərin, oradan keçən minik avtomobillərinin həcminə davam gətirmirdi. Buna görə dekabrın 24-də sərhəddə təntənəli şəraitdə istifadəyə verilmiş körpü bizim əməkdaşlığımız, habelə regional əməkdaşlıq üçün yeni qapı olacaq. “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi nəticəsində yükdaşımaların həcmi keçən il 8 dəfə, bu il isə 60 faiz artıb. Buna görə bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işləri prinsip etibarilə başa çatdıran Azərbaycan qonşu ölkələr üçün artıq nəqliyyat-logistika imkanları təqdim edir. Mən bu siyahını davam etdirə bilərəm.

- Layihələr həqiqətən də çoxdur və əsas odur ki, onlar həyata keçirilir, bu, tamamilə başqa səviyyədir. Bu, artıq sənaye sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyət və yüksək texnologiyalar səviyyəsidir. Yəqin Siz razılaşarsınız ki, onların dinamikası, ümidvaram, növbəti il də davam edəcək və bu il, sadəcə, Rusiya və Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq, irəlidə bizim digər layihələrimiz də olacaq, bizi başqa rekordlar gözləyir. Bütün bunları bu gün məhdudiyyətləri ilə biznesə mane olan inzibati baryerlərin aşılması şəraitində inkişaf etdirmək zəruridir. Əgər gələn ilə nəzər salsaq, Sizcə növbəti ildə bu məhdudiyyətlərdən hansıları aradan götürülə bilər? Hansı addımları atmaq zəruridir?

- Bu məsələlər il ərzində detallı şəkildə müzakirə olunub. Belə ki, sizin söylədikləriniz bizim münasibətlərimizin, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığımızın inkişafının ayrılmaz hissəsidir. Ona görə də ölkələrimizin müvafiq strukturlarına artıq bu gün gömrük prosedurlarının sadələşdirilməsi, yüklərin daşınmasına nəzarət üzrə müasir texnologiyaların tətbiqi, sərhədi keçməyin sadələşdirilməsinə dair tapşırıqlar verilib. Həm Azərbaycanda, həm də Rusiyada bu istiqamətdə müasir texnologiyalar tətbiq edilir. Ona görə düşünürəm ki, məhz bu cür inzibati və bürokratik maneələrin aradan qaldırılması əsas istiqamətlərdən biri olacaq.

İqtisadi sahədə əməkdaşlığa gəldikdə, əminəm ki, əmtəə dövriyyəsi artacaq. Bu il biz 25 faiz artım müşahidə edirik, ötən il 20 faizə yaxın olub. Bu, iqtisadi-ticari münasibətlərdə ciddi dinamikadan xəbər verir. Çünki artıq mövcud olan yüksək bazanı aşmaq bizim üçün asan deyil. Bunun üçün isə, əlbəttə, biz mənim söylədiyim “yol xəritələri”ni uğurla həyata keçirməliyik və nəqliyyat-tarif siyasətinə yanaşmaları əhəmiyyətli dərəcədə unifikasiya etməli, o cümlədən yeni nəqliyyat layihələri üzrə fəaliyyətimizi əlaqələndirməliyik. Bu gün Azərbaycanda Xəzər dənizinin sahili boyunca mövcud yola paralel olaraq Bakıdan Rusiya sərhədinə qədər yeni avtomobil trası inşa edilir. Avtomobil trasının bu marşrutu məsafəni xeyli azaldacaq. Ona görə də Rusiya sərhədinə çatmaq daha tez və rahat olacaq.

- Mütləq rəqəmlərlə ifadə etsək, bizim qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 3 milyard dollara yaxınlaşır. Dollar demişkən, Rusiya və Azərbaycan dollardan asılılığı azaltmaq üçün tədricən milli valyutalarda hesablaşmalara keçirlər. Bu gün Azərbaycanın “Mir” ödəmə sisteminə qoşulmasının mümkünlüyü də müzakirə edilir. Bu yaxınlarda Vladimir Putin MDB-nin sammitində, ümumiyyətlə, ortaq maliyyə bazarı yaradılmasının perspektivləri barədə düşünməyi təklif edib. Belə təşəbbüslərə Sizin münasibətiniz necədir?

- Biz bu təşəbbüsləri ciddi surətdə nəzərdən keçiririk. Biz ölkələr arasında ticarətin milli valyutalarla aparılması ilə bağlı məsələləri qonşu ölkələrdə də müzakirə edirik. Bildiyiniz kimi, bu məsələ orada da çox fəal müzakirə olunur və bu istiqamətdə ilk addımlar atılır. Buna görə də düşünürəm ki, ilk növbədə, bizim əmtəə dövriyyəsində milli valyuta ilə satıla biləcək malların nomenklaturu müəyyən edilməli və sonra bu istiqamətdə addımlar atılmalıdır.

“Mir” ödəmə sisteminə qoşulmaq barədə təklifi nisbətən yaxın vaxtlarda almışıq və onu ciddi öyrənirik. Fikrimcə, xüsusən Rusiyadan Azərbaycana turist axınının kəskin artması ilə əlaqədar burada yaxşı perspektiv var. Keçən il Azərbaycana təqribən 900 min rusiyalı gəlib. Bu il isə 11 ay ərzində müvafiq rəqəm yenə 900 mindir. Yəni, biz milyona yaxınlaşırıq. Biz turizm sənayesini fəal inkişaf etdirir və turizm hesabına gəlirin uçotunu aparmağa çalışırıq. Əlbəttə, turistlərin ödəmə kartları üzrə nə qədər xərclədiklərini hesablamaq çox asandır. Lakin turistlərin çoxu həm də nağd pul xərcləyir. Bu, əsasən keçmiş SSRİ məkanından olan turistlərə aiddir. Buna görə əgər bu sistem Azərbaycanda tətbiq edilsə, bizdə mədaxilin dəqiq uçotu aparılacaq, rusiyalılar üçün isə Azərbaycana gəlmək xeyli rahat və münasib olacaq, bəzən mübadilə məntəqələrində pul dəyişdirilməsi ilə bağlı problemlərlə üzləşməyəcəklər.

- Bəs, vahid maliyyə bazarı?

- Maliyyə bazarı daha mürəkkəb məsələdir. Bu barədə bizə hələlik konkret təkliflər edilməyib. Bu barədə bəyanatlar eşitmişik. Əlbəttə, bunu ciddi öyrənəcəyik. Təbii ki, bizim yanaşmamız həmişə praqmatizmə, məsələnin praktiki tərəfinə əsaslanır. Əgər bu, sərfəli, maraqlı, rahat olsa, əmtəə dövriyyəsini stimullaşdırsa, biznes strukturlarının fəaliyyətini asanlaşdırsa, əlbəttə, biz bu məsələyə çox ciddi yanaşacağıq.

- Əlbəttə, Rusiya və Azərbaycan dedikdə həmişə iri enerji layihələri yada düşür. Biz burada həm də tərəfdaşlarıq. Bizi rəqiblər də adlandırırlar. Bunun nə dərəcədə əsaslı olduğunu bilmirəm. Biz “Türk axını” layihəsinin inkişafı və Cənub Qaz Dəhlizi barədə danışırıqsa, gələn il üçün Sizin planlarınız necədir? Siz Avropaya çatmalısınız...

- Elədir. Mən də, ilk növbədə, bu məsələyə toxunmaq istərdim. Ona görə ki, bəzən müxtəlif ölkələrin mətbuatında burada hansısa rəqabət olması barədə eşidirik, bu cür tezislər görürük. Bu, əsla belə deyil, heç vaxt belə olmayıb və əminəm ki, belə olmayacaq. Bizim və ya Rusiyanın həyata keçirdiyi enerji layihələri məsələsi heç vaxt hər hansı ciddi diskussiyaların mövzusu olmayıb. Yəni, mənim fikrimcə, bizim həyata keçirdiyimiz layihələri həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyirlər.

“Türk axını” layihəsinə gəldikdə, bu layihənin həm Rusiya üçün, həm də Türkiyə üçün nə dərəcədə vacib olduğunu bilirik. Hər iki ölkə bizim yaxın tərəfdaşlarımızdır. Buna görə də biz bu layihəni lap əvvəldən dəstəkləmişik.

Azərbaycan qazının Avropa bazarına çıxması məsələsinə gəldikdə, Cənub Qaz Dəhlizi layihəsi həyata keçiriləndən sonra Avropa bazarına ildə 10 milyard kubmetr qaz göndəriləcək. Rusiyadan göndərilən həcm ilə müqayisədə, - dəqiq rəqəm yadımda deyil, lakin ayrı-ayrı illər üzrə təxminən 150-170 milyard kubmetrdir, - bu, çox kiçik həcmdir. Ona görə də Cənub Qaz Dəhlizi layihəsi, əlbəttə, əsla rəqib deyil. Biz də bunu heç vaxt belə hesab etməmişik. Sadəcə, bu layihə Azərbaycana öz qaz ehtiyatlarını beynəlxalq bazarlarda satmaq imkanı verəcək. Bu dəhliz üzrə qazın bir hissəsi artıq Türkiyə bazarına çatdırılır. Bu il noyabrın sonunda TANAP layihəsi – Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Anadolu qaz kəməri artıq Yunanıstan sərhədinə çatdırılıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya qədər qaz kəmərinin tikintisi də 90 faizdən çox tamamlanıb. Beləliklə, biz uzunluğu 3500 kilometr olan bu layihəni gələn il bütünlüklə istifadəyə verməyi nəzərdə tuturuq. Bu, həm də bizə hazırda işlənilmə mərhələsində olan yeni qaz yataqlarını istismara verməyə imkan yaradacaq və daha düşünməyəcəyik ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Ona görə ki, biz nəqliyyat və enerji dəhlizləri vasitəsilə artıq çoxdan həm Qara dəniz, həm də Aralıq dənizi bazarına çıxmışıq və indi, əlbəttə, Türkiyənin və Avropanın qaz bazarlarına nisbətən böyük həcmdə çıxırıq.

-Tərəfdaşlıq Avropaya göndərilmək üçün Rusiya qazının alınması ilə davam edə bilər.

- Bəli, şübhəsiz. Düşünürəm ki, gələcəkdə biz yenə də çoxtərəfli səmərəli əməkdaşlıq çərçivəsində əvvəllər bəlkə də həyata keçirilməsi mümkünsüz görünən bir çox birgə layihələri reallaşdıra bilərik. Bu cür əməkdaşlığın örnəyi kimi mən Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini misal gətirə bilərəm. Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər.

- Burada yəqin ki, həm də Azərbaycan, Rusiya və İranın enerji sistemlərini xatırlatmaq vacibdir. Burada da əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.

-Tamamilə doğrudur. Biz Rusiya ilə paralel rejimdə işləyirik. Bu, çox səmərəli rejimdir. Hər rübdə mənə enerji mübadiləsi üzrə məlumatı təqdim edirlər. Ən əsası odur ki, hər hansı qəza zamanı biz həmişə bir-birimizə güvənə bilərik. Ötən ilin yayında Azərbaycanda qəza baş verəndə, demək olar ki, tam blekaut vəziyyəti yarananda Rusiya tərəfi bizə müəyyən strateji obyektləri elektrik enerjisi ilə təmin edə bilmək üçün qəbul edə biləcəyimiz həcmdə zəruri yardım göstərdi.

Dağıstanda qəza baş verəndə biz də eynilə bu cür hərəkət edirik, dərhal enerji axınını Rusiya bazarına yönəldirik. Bu gün Azərbaycanda min meqavat həcmində elektrik enerjisi artıqlığı var. Biz Gürcüstan, Türkiyə və bəzi Avropa ölkələrinə elektrik enerjisi ixrac edirik. Zərurət yarananda Rusiya ilə də satış həyata keçiririk. Biz, həmçinin İranla yeni elektrik verilişi xətti inşa etmişik. Beləliklə, artıq üç ölkə arasında energetika dəhlizi mövcuddur və üç ölkənin nazirləri mütəmadi olaraq görüşərək bu istiqamətdə gələcək əməkdaşlıq məsələlərini müzakirə edirlər.

- Bu, ortaq enerji sisteminə çevrilə bilərmi?

- Bəli, bu, artıq praktik olaraq baş verir. Çünki artıq mənim dediyim kimi, biz Rusiya Federasiyası ilə paralel rejimdə işləyirik. Həmçinin qərb istiqamətində, cənub istiqamətində bizim enerji xəttimiz və ixracımız nizamlanıb. Ona görə düşünürəm ki, təkcə üçtərəfli Azərbaycan-İran- Rusiya miqyasında deyil, daha böyük həcmdə koordinasiya və çoxtərəfli əməkdaşlıq hamı üçün faydalı olacaq.

- Yəqin ki, Siz Rusiyanın “Şimal axını-2” layihəsinin necə təzyiqə məruz qaldığını müşahidə edirsiniz. Siz dediyiniz kimi, Azərbaycanın Avropa bazarında ambisiyaları bir qədər azdır, lakin o da bu cür basqıya məruz qala bilər. Siz bunu hiss edirsinizmi?

- Xeyr. Enerji layihələri baxımından hiss etmirik. Üstəlik, avropalı istehlakçılar Azərbaycan qazının əlçatan olmasında maraqlıdırlar. Dediyim kimi, bu həcm kiçik olsa da, amma hər halda mövcuddur. Buna görə də energetika ilə bağlı məsələlərdə biz bu cür təzyiq hiss etmirik.

- Avropalı istehlakçılar “Şimal axını-2” layihəsində maraqlıdırlar, amerikalı istehsalçılar isə o qədər də yox. Bu maraq çox da qarşılıqlı deyil. Bütövlükdə, qarşılıqlı siyasi fəaliyyət, siyasi fon barədə danışmalı olsaq, Rusiyanın qərbli tərəfdaşları ilə münasibətlərinin sizə hər hansı təsirini görürsünüzmü, bu münasibətlər Azərbaycana necə təsir göstərir?

- Mən deyərdim ki, əlbəttə, bu təsiri birbaşa görmürük, ona görə ki, bu məsələ bir növ bizim fəaliyyət sahəmizə aid deyil. Amma, əlbəttə, bütövlükdə ölkələr arasında, bizimlə tərəfdaşlıq münasibətləri olan ölkələr arasında əlaqələr gərginləşəndə, bu, hamıya mənfi təsir göstərir.

- Bəlkə Sizi Rusiya ilə dostluq etməkdən çəkindirmək istəyirlər?

- Fikrimcə, elə deyil. Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin Brexitdən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq. Bu sazişdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, sərhədlərinin toxunulmazlığının dəstəklənməsi ifadə edilib.

Hazırda Avropa İttifaqı ilə danışıqlar prosesi gedir. Bütün bunlar başqa ölkələrlə münasibətlər qurulmasına əsla mane olmur. Avropada da başa düşürlər ki, Azərbaycan qonşularla münasibətlər baxımından tamamilə müstəqil kurs yürüdür. Azərbaycan o ölkədir ki, o, yarana biləcək təsiri və təzyiqi dəf edə bilər və bunu dəfələrlə nümayiş etdirib. Səbəb odur ki, biz iqtisadi baxımdan müstəqilik. Biz öz vəsaitimiz hesabına yaşayırıq. Bizim kreditə ehtiyacımız yoxdur. Beynəlxalq İnkişaf Assosiasiyasının hesablamalarına görə, biz donor ölkə olmuşuq. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun təqribən 17 faizi civarındadır. Bu göstərici üzrə biz dünyada 9-cu yerdəyik. Buna görə də iqtisadi müstəqillik siyasət meydanında da öz mövqeyimizi qorumaq üçün bizə güc verir. Biz də bunu uğurla edirik. Yarana biləcək təzyiq və basqıları dəf etmək üçün bir imkanımız da ondan ibarətdir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, biz haqlı olduğumuza əminik. Beləliklə, əvvəllər Azərbaycanı hansısa məcraya yönəltmək üçün göstərilən bütün cəhdlər puç olub.

- Siz Avropa İttifaqına daxil olmağa hazırlaşmırsınız?

- Tamamilə doğrudur.

- Əvvəlcə göstərilib, sonra yığışdırıla bilən bu cür dadlı tikə yoxdur...

- Bu yaxınlarda Azərbaycan jurnalistləri ilə görüşümdə mən bu məsələlər barədə ətraflı danışmışam, belə ki, bəzən bizim mətbuatımızda bununla bağlı reallıqdan uzaq fikirlər səsləndirilir. Mən bu məsələnin üzərində təfsilatı ilə dayanaraq dedim ki, bizi orada heç gözləmirlər də. Biz hətta namizədlərin siyahısına da daxil deyilik. Həm də Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ-i ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik. Axı, biz kiminsə xoşuna gəlmək üçün və ya sadəcə ondan bizdə də var demək xətrinə saziş imzalaya bilmərik. Biz bu cür işləmirik. Bizim əldə edəcəyimiz hər hansı saziş, hər hansı razılaşmanın konkret nəticələri olmalıdır.

Biz bu gün Rusiya-Azərbaycan münasibətlərindən bəhs etdik. Görürsünüz, hər məsələdə konkret nəticə var, bizim razılıq əldə etdiklərimizin və imzaladıqlarımızın hamısı həyata keçirilir. Biz Avropa Komissiyasına da bunu təklif etdik və deməliyəm ki, yeni saziş üzrə danışıqlar bütövlükdə pis getmir. Bəndlərin 90 faizindən çoxu razılaşdırılıb. Lakin razılıq əldə olunmayan bəndlər bizim üçün qətiyyən qəbuledilməzdir. Əgər Avropa İttifaqının mövqeyində dəyişiklik baş verərsə, onda biz nəticəyə hesablanmış danışıqları davam etdirə bilərik.

- Bu il Dağlıq Qarabağda atəşkəs haqqında sazişin, müddətsiz sazişin 25 ili tamam oldu. Elə bu il tərəflər Bakının və Yerevanın qəbul etdiyi proqram üzrə sülhə doğru hərəkətin başlandığını bəyan etdilər və bir neçə maraqlı hadisə baş verdi. O cümlədən məsələn, Ermənistanda və Azərbaycanda jurnalist nümayəndə heyətləri mübadiləsi. Siz bu, çox mürəkkəb məsələdə daha hansı müsbət cəhətləri qeyd edərdiniz?

- Təəssüf ki, daha heç nəyi. Hesab edirəm ki, 2019-cu il münaqişənin nizamlanması üçün itirildi. Bunun günahı isə erməni tərəfinin qeyri-ardıcıl, ziddiyyətli və anlaşılmaz mövqeyidir. Çünki il ərzində biz Ermənistanın ali rəhbərliyinin bir-birinə tamamilə zidd olan bəyanatlarını eşidirdik. Məsələn, onlardan biri Dağlıq Qarabağın “müstəqil dövlət” olması və Azərbaycanın belə adlandırılan “müstəqil dövlət” ilə danışıqlar aparmalı olması barədə bəyanatdır. Bu, danışıqlar prosesinin tamamilə pozulması, mahiyyətcə onun dayandırılması cəhdi idi. Təbii ki, bununla nə biz razılaşa bilərdik, nə də vasitəçi ölkələr – ATƏT-in Minsk qrupunun həmsədrləri. Bildiyimə görə, onlar da Ermənistan rəhbərliyinə xəbərdarlıq etdilər ki, bu populist və zərərli, təhlükəli siyasətdən əl çəksin.

Görünür ki, bu ağlabatan məsləhəti eşidən Ermənistan rəhbərliyi öz mövqeyini dəyişdi, lakin yenə də daha pis bir istiqamətdə. Ermənistanın baş nazirinin növbəti bəyanatı ondan ibarət oldu ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Onda bizdə belə bir sual meydana çıxır: onlar gah deyirlər ki, Dağlıq Qarabağ heç kimin, o cümlədən Ermənistanın da tanımadığı müstəqil dövlətdir, gah da deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır. Bu da yalandır. Beləliklə, onlar özləri Dağlıq Qarabağın nə olduğunu bilmirlər. Əgər onlar Dağlıq Qarabağın nə olduğunu bilmirlərsə, biz bunu onlara izah edə bilərik. Mən bunu oktyabrda “Valday” forumu çərçivəsində sizin kanalınızın birbaşa efirində etmişəm, onda demişdim ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Erməni tərəfinin tezislərindən fərqli olaraq, bu, həqiqətdir, çünki həm tarixi ədalət, həm də beynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edir. Azərbaycan BMT-yə daxil olanda, o, özünün tam ərazi bütövlüyü çərçivəsində üzv olub. Əgər biz buraya BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal olunmuş əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsi haqqında qətnamələrini, digər beynəlxalq təşkilatların qətnamələrini və heç bir ölkənin Dağlıq Qarabağ adlanan ağlasığmaz və qeyri-qanuni qurumu tanımadığını da əlavə etsək, onda görərik ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində olmalıdır. Ona görə də Ermənistan rəhbərliyi bu sadə həqiqəti nə qədər tez başa düşsə, bizim danışıqlar prosesində irəliləmək şansımız yaranar.

- Bəli, bu proqram davam etdiriləcək. Siz bu mövqelərə sadiq qalırsınızmı?

- Nizamlanma mövqeyi üzrə?

- Bəli, sülhə nail olmaq üzrə.

- Bəli, sülhə doğru irəliləmək fəal danışıqlar prosesi ilə müşayiət olunmalıdır. Erməni tərəfinin bizim Dağlıq Qarabağla danışıqlar aparmalı olduğumuz barədə bəyanatına baxmayaraq, indi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Mənim baş nazir Paşinyanla görüşlərim, o cümlədən ATƏT-in Minsk qrupunun təsbit etdiyinə görə, martda Vyanada keçirilən rəsmi görüş erməni tərəfinin onu necə dəyişmək istədiyinə baxmayaraq, bir daha təsdiq etdi ki, danışıqlar prosesi və format dəyişilməyib. Ona görə də sülhə doğru irəliləmək və danışıqlar trekində real tərəqqi paralel getməlidir.

- Növbəti il bizim ortaq tariximiz üçün xüsusi il olacaq. Biz böyük Qələbənin, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd edəcəyik. Təəssüf ki, biz artıq hər dəfə bu bayramda tarixi yenidən qiymətləndirmək cəhdləri ilə ovqatların təlx edilməsi hallarına alışırıq. İndi tarixi yenidən qiymətləndirmək cəhdlərinə faşizmin qəhrəmanlaşdırılması da əlavə olunub ki, bu, artıq ölkəmizi müdafiə edən və bu Qələbəni bizim üçün qazanan insanlar və onların nəsli üçün yolverilməzdir. Birincisi, Siz bu bayramı necə qeyd edəcəksiniz, Azərbaycan xalqı onu necə qeyd edəcək? İkincisi, Siz bizim ortaq tariximizdə baş verənləri necə qiymətləndirirsiniz?

- Siz çox vacib məsələyə toxundunuz. Bu məsələ mütləq bütün ölkələrin gündəliyində olmalıdır və düşünürəm ki, bütün ölkələr və onların rəhbərləri öz mövqelərini açıq şəkildə ifadə etməlidirlər. Bu məsələ üzrə susmaq siyasəti aparmaq olmaz və necə deyərlər, “həm sizin, həm də bizim” siyasəti aparılmamalıdır. Hesab edirəm ki, bütövlükdə hər bir məsələ üzrə hər bir ölkənin öz mövqeyi olmalıdır və ilk növbədə, bu məsələyə dair. Çünki biz tarixin yenidən yazılması, faşizmin qəhrəmanlaşdırılması, tarixi həqiqətin təhrif edilməsi üzrə təhlükəli tendensiyaları görürük. Biz buna çox ciddi yanaşmalıyıq. Ona görə də MDB-də əməkdaşlıq çərçivəsində bu məsələ gündəlikdədir və MDB-nin Sankt-Peterburqda sonuncu qeyri-formal sammitində Vladimir Vladimiroviç Putin tarixi sənədlərə istinadla onlardan ətraflı danışdı. Onların bir çoxunu biz ilk dəfədir eşidirdik, mən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığım zaman tarixi yaxşı öyrənmişəm, o vaxt həmin sənədlər yox idi, onları bizə tədris etmirdilər və düşünürəm ki, bu, bir xəta idi.

- Bu, xəta idi?

- Bu, xəta idi. Amma mənim fikrimcə, bu, siyasi korrektliklə bağlı olub. Ona görə ki, bu cür sənədlərdə elə incə məqamlara toxunulur ki, sovet tarix elmi həmin məqamları “məxfi” qrifi altında saxlamağı qərara almışdı. Amma Rusiya Prezidentinin ətraflı çıxışında həmin məqamlar hamıya təqdim edildi və mənim fikrimcə, bu, çoxları üçün böyük sürpriz oldu. Biz həmin dövrdə, əslində, nələr baş verdiyini bir daha gördük. Buna görə də istər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması əsla yolverilməzdir.

Azərbaycan Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ehtiramla yanaşır. Hərçənd, açıq deməliyəm, təəssüf ki, müstəqilliyin ilk illərində belə olmayıb. O vaxt özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etmişdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdı. Praktiki olaraq, indi bəzi ölkələrdə baş verən hadisələr o vaxt bizdə olurdu. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət bərpa edildi. Veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, 9 May günü ümummilli bayram elan edildi və o vaxtdan – 1994-cü ildən biz bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür. Mən hər il veteranlarla görüşürəm, biz həlak olanların xatirəsini ehtiramla yad edir, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Azərbaycanda Böyük Vətən müharibəsi veteranları dövlətin çox böyük dəstəyindən istifadə edirlər.

Onu da demək istərdim ki, Azərbaycan bizim ümumi Qələbəmizə böyük töhfə verib. 120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır. Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi. Ona görə ki, həmin illərdə Azərbaycan sənayesi inkişaf etmişdi. Həmçinin Sovet ordusu üçün neftin 70 faizini, benzinin 80 faizini, sürtgü yağlarının 90 faizini Azərbaycan təmin edirdi, bunlar olmasa idi, müharibədə qalib gəlmək mümkün olmazdı. Biz bilirik ki, Hitler ordusunun çox hücumlarının uğursuz olması yalnız yanacağın vaxtında gətirilməməsinin nəticəsi idi. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa çalışırdı. Yeri gəlmişkən, mən bu barədə oktyabr ayında Aşqabadda MDB-nin sammitində danışmışdım. Məşhur bir kadrda Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort gətirirlər. Orada Xəzər dənizinin sərhədlərində qara rəngli əridilmiş şokolad tökülüb. Hitler svastikanı götürüb düz Bakı sözü yazılan yerə qoyur. Onun planları belə idi. Bakının tutulması Sovet İttifaqı üçün fəlakət olardı. Ona görə ki, Sovet İttifaqı mühüm bir komponentdən məhrum edilərdi. Bizim vətəndaşlar üçün isə bu, ona görə fəlakət olardı ki, bütün neft quyuları minalanmışdı. Əgər faşistlər Bakını tutmağa nail olsaydılar, hər şey havaya uçar, yüz minlərlə insan həlak olardı. Buna görə də Böyük Vətən müharibəsi və Vətən uğrunda həlak olanlar haqqında xatirə, - Azərbaycandan müharibədə iştirak etmiş 600 mindən çox döyüşçünün 300 mini həlak olub, - bizim üçün müqəddəsdir. Biz bunu xatırlayırıq və ehtiramla yad edirik.

Daha bir məqam. Biz faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi məsələsində hər hansı siyasi korrektlikdən uzaq olmalıyıq. Kimin necə nitqlər söyləməsindən, kimin nə etməsindən asılı olmayaraq, biz hər şeyin öz adını deməliyik. Oktyabrda Aşqabadda mən daha bir məsələ qaldırdım, çünki gündəlikdə ümumi Qələbəmizin 75 illiyinin bayram edilməsinə hazırlıq məsələsi dururdu. Mən dedim ki, MDB məkanında faşistlərin qəhrəmanlaşdırılması, Ermənistanda baş verənlər, Yerevanda faşistlərin əlaltısı Qaregin Ter-Arutyunyana altı metr hündürlüyündə heykəl qoyulması yolverilməzdir. Njde ləqəbi ilə məşhur olan bu adam SMERŞ tərəfindən həbs edilərək 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Ona bəraət verilməmişdi. İndi belə bir adama Ermənistanda altı metr hündürlüyündə heykəl qoyulur, küçələrə, meydanlara onun adını verirlər. Bu, Ermənistan rəhbərliyinin də guya faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin əleyhinə olması barədə bəyanatı ilə bir araya necə sığa bilər? Mən bu barədə açıq danışdım, öz mövqeyimi bildirdim və bu biabırçı məsələdə əli olmayan Ermənistanın baş nazirinə öz mövqeyini bildirmək şansı verdim. Lakin təəssüf ki, onun reaksiyası tamamilə qeyri-adekvat oldu. O cavab verdi ki, Soljenitsın da sovet düşərgələrində olub. Mən yenidən çıxış üçün söz alıb deməyə məcbur oldum ki, Soljenitsın ilə faşist cəlladının eyniləşdirilməsi həyasızlıqdır.

Bir müddət sonra Ermənistanın baş naziri rusiyalı jurnalistlərlə görüşdə daha irəli gedərək deyib ki, Molotov da Hitler ilə görüşmüşdü, bunda təəccüblü heç nə yoxdur. Lakin bu tezisi ümumiyyətlə şərh etmək çətindir. Ona görə ki, tarixdən elementar biliyi olan hər kəsə məlumdur ki, Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub və onun bir vəzifəsi müharibənin əvvəlində riskləri mümkün qədər minimuma endirmək idi. Çünki biz yaxşı bilirik ki, Sovet İttifaqı 1939-cu ildə, əslində elə 1941-ci ildə də müharibəyə hazır deyildi, əgər hazır olsaydı, bu cür itkilər olmazdı. Buna görə də düşünürəm ki, bütün bu qeyri-adekvat bəyanatlar çox ciddi diqqət tələb edir. Burada siyasi korrektlik və ya hər hansı siyasi maraqlar xatirinə tarixin yenidən yazılması və faşizmin qəhrəmanlaşdırılması cəhdlərinə yol vermək olmaz.

Mən gələn il 9 May gününü Moskvada keçirməyi planlaşdırıram. Vladimir Vladimiroviç Putindən dəvət almışam. Adətən mən həmin günü Bakıda veteranlarla birgə qeyd edirəm. Bu dəfə isə - 5 il bundan əvvəl Qələbəmizin 70 illiyini qeyd edəndə olduğu kimi, Moskvada olacağam.

- Bu sözləri Sizdən bu gün eşitməyimiz çox sevindirici və vacibdir. Biz Sizi Moskvada qarşılamağa şad olacağıq. Müsahibə üçün çox sağ olun.

- Sağ olun.

 

 

 

 

Demokrat.az

Loading...
30 Dekabr 2019, 21:35   
loading...
Ən çox izlənənlər
Xəbərlər

Новости

Всё то,что нужно знать о пожарах в Австралии

После уже разрушительного начала сезона пожаров Австралия готовится к ухудшению ситуации. "TheVerge" будет обновлять эту страницу с новостями и анализами, как огонь ярости. Что происходит? «Австралия готовится к тому, что дела пойдут хуже» В Новом Южном Уэльсе, Австралия, вспыхнули десятки пожаров, в результате чего правительство объявило чрезвычайное положение в ноябре. Пожары быстро распространились по всем штатам и стали одними из самых разрушительных за всю историю. Сгорел район размером с Южную Корею, примерно 25,5 млн. Акров. По меньшей мере 27 человек погибли, в том числе не менее трех пожарных-добровольцев, и еще больше пропали без вести. Около 2000 домов были разрушены или повреждены. Когда в преддверии канун Нового года вспыхнуло пламя, тысячи людей, которые были вынуждены эвакуироваться, искали убежища на пляжах в Новом Южном Уэльсе и Виктории. Более 100 пожаров все еще горят. Лето длится с декабря по февраль в Австралии, причем сезон пожаров обычно достигает пика в конце января или начале февраля, поэтому ожидается, что стихийное бедствие продолжится. 3 января чиновники предупредили, что в ближайшие дни условия будут ухудшаться. «Это будет доменная печь», - заявил министр транспорта Нового Южного Уэльса Эндрю Констанс The Sydney Morning Herald. К 10 января начался очередной раунд массовых эвакуаций в наиболее пострадавших районах юго-востока из-за опасных ветров, раздувающих пламя. Дым стал еще одной катастрофой. 1 января в столице Австралии было зафиксировано худшее загрязнение, которое он когда-либо видел, с показателем качества воздуха в 23 раза выше, чем то, что считается «опасным». Дым в городе закрался в родильные комнаты, остановил работу аппаратов МРТ и вызвал респираторное расстройство в одном из них. пожилая женщина, которая умерла вскоре после того, как сошла с самолета. Дым достиг Новой Зеландии за 1000 миль, где он создал жуткие сцены на покрытых ледниками вершинах. Шлейфы были настолько толстыми, что спутник НАСА делал снимки из космоса. Согласно одной из оценок, полученных в Сиднейском университете, более 1 миллиарда млекопитающих, птиц и рептилий, вероятно, погибли в пламени. Около 25 000 коал были убиты на острове Кенгуру. Считается, что восемь тысяч коал, одна треть всех коал в Новом Южном Уэльсе, погибли, и около 30 процентов среды обитания коал также были уничтожены. Разрушения только усиливают существующее давление на уникальные экосистемы Австралии. На континенте обитает 244 вида, которых больше нигде нет. В регионе также наблюдается самый высокий уровень вымирания местных млекопитающих за последние 200 лет.«Потенциальное воздействие на дикую природу разрушительно», - рассказывает The Verge Кристал Колден, доцент кафедры пожарной науки в университете штата Айдахо, который изучал лесные пожары в Тасмании в 2018 году. «Не будет полного учета того, насколько это плохо на самом деле в течение многих лет». Некоторые экосистемы, такие как эвкалиптовые леса, подвержены пожарам и возвращаются. Но Колден отмечает, что Австралия также является домом для растительности, населенной видами, которым удалось выжить в течение миллионов лет. «Эти действительно невероятные остатки, вы знаете, эпохи динозавров, по сути, не приспособлены к пожару, и когда он сгорит, он исчезнет». Больница Коала работает над спасением раненых животных после лесных пожаров в Восточной Австралии Во время вручения премии «Золотой глобус» 5 января знаменитости, в том числе Хоакин Феникс, Эллен ДеДженерес, Патриция Аркетт и Кейт Бланшетт, поделились своей обеспокоенностью по поводу пожаров. Уроженец Австралии Рассел Кроу пропустил церемонию награждения из-за пожаров (его дом был поврежден в результате пожаров в ноябре), но Дженнифер Энистон доставила ему сообщение после того, как он получил звание лучшего актера в ограниченном сериале или в фильме «Сделано для телевидения». «Не делайте ошибки. Трагедия, разворачивающаяся в Австралии, основана на изменении климата », - говорится в его сообщении. Какое отношение к этому имеет изменение климата? Огненные бури не новы в Австралии. Обычно жарко и сухо, как в Калифорнии или Средиземноморье. Эвкалиптовые леса в Австралии имеют уникальное отношение к огню; деревья на самом деле зависят от огня, чтобы высвободить свои семена. Однако пожары этого сезона беспрецедентны. Это намного более ранний пожарный сезон, и пожары стали очень большими, очень рано, говорит Колдэн The Verge. Погодные условия, питающие пожары, являются историческими. Австралия пострадала от своего самого жаркого дня в истории 18 декабря, достигнув средней по стране температуры 41,9 градусов по Цельсию (107,4 градусов по Фаренгейту). Прошлый месяц был самым жарким декабрем в Австралии, а 2019 год был самым жарким и самым сухим за всю историю страны. Экстремальная жара и засуха создают еще большую опасность для пожаров. Повышенная интенсивность и частота лесных пожаров соответствуют прогнозам ученых в отношении потепления.Пожарные продолжают бороться с лесными пожарами, поскольку в Новом Южном Уэльсе выдается предупреждение о катастрофической опасности пожара «Реальность такова, что это является функцией изменения климата - этой экстремальной жары, этих экстремальных условий, которые настолько изменчивы и вызывают такие виды интенсивности и горения в начале сезона, которые мы обычно не видим в Австралии», - говорит Колден. Премьер-министр Австралии Скотт Моррисон сталкивается с жарой из-за своего бездействия в отношении изменения климата и защиты угля. Администрация Моррисона столкнулась с критикой за то, что она помешала глобальным усилиям завершить разработку сводного руководства по осуществлению Парижского соглашения во время климатической конференции ООН в Мадриде в декабре. Моррисон также получил негативную реакцию за то, что уехал в отпуск на Гавайи - которые он в итоге оборвал - в разгар пожаров. «Это функция изменения климата». «Я думаю, что среди ученых-экологов и экологов в Австралии есть ощущение, что мы застыли в дебатах, конечно же, в разработке политики. Я думаю, что пришло время вернуть ученых обратно в палатку, чтобы посмотреть, что может произойти в течение следующих нескольких десятилетий », - сказал Крис Дикман, эколог из Сиднейского университета, который оценил число погибших животных в огне. рассказал Общественному радио International The World. «Мы, вероятно, смотрим на то, как изменение климата может выглядеть в других частях мира на первых этапах в Австралии в настоящий момент», - сказал Дикман. 10 января тысячи демонстрантов вышли на улицы в Сиднее, Мельбурне и других городах Австралии. Демонстранты призвали прекратить субсидии на ископаемое топливо и меры по борьбе с изменением климата, и они перекрыли некоторые дороги, требуя, чтобы премьер-министр Моррисон покинул свой пост. Как ведутся пожары? Австралия сильно зависит от добровольных пожарных, особенно в сельской местности, где горит большая часть пожаров. Его реагирование на пожары в большей степени зависит от усилий сообщества по сравнению с такими местами, как Соединенные Штаты, где централизованы системы управления пожарами. Нынешний кризис привел к некоторым изменениям в политике. Поскольку волонтеры пропустили работу по борьбе с местным пожаром, Моррисон объявил в декабре, что им будет выплачена компенсация. Чтобы поддержать местные силы, австралийские военные послали на своем собственном самолете и судах и 3000 резервистов армии. Помощь также приходит из-за границы: Соединенные Штаты и Канада направили пожарных для борьбы с пламенем. Малайзия тоже готовится отправить помощь. «Это невозможно по-человечески.«» Эксперты говорят The Verge, что в экстремальных условиях пожарные могут сделать немного больше, пока не выпадет достаточное количество осадков, чтобы погасить пламя или огонь не иссякнет и не сгорит. «По-человечески невозможно предотвратить [эти пожары] или потушить их», - говорит The Verge Тимоти Ингалсби, исполнительный директор организации Firefighters United по вопросам безопасности, этики и экологии, базирующейся в Орегоне. «Мы взяли большую часть нашей стратегии жизни в условиях пожара, все на пожарных, на подавление, реагирование на пламя. И, вы знаете, сейчас мы сталкиваемся с условиями, в частности с учетом изменения климата, мы не можем этого сделать ». Исправление 6 января, 11:08 по восточному времени: в предыдущей версии статьи говорилось, что температура достигла 40,9 градусов по Цельсию, что было рекордным показателем для национальной средней температуры, установленной 17 декабря. Этот рекорд был побит 18 декабря, когда средняя температура по стране достигла 41,9 градусов по Цельсию.

Обзор iPhone 11: сочетание цены, возможностей и качества

В прошлом году Apple представила iPhone XR как «доступное» предложение в своей новой линейке iPhone. Нам очень понравился XR, и мы даже сказали, что это может быть лучший iPhone, который когда-либо делал Apple. Следствием iPhone XR является новый iPhone 11, и тот факт, что Apple решила благословить эту модель названием «iPhone 11», а не называть его чем-то вроде iPhone 11R, многое говорит о том, где компания позиционирует телефон. Но может ли этот телефон нести бремя быть известным как iPhone 11? На самом деле, это может. Удовлетворительное повышение скорости, настройка двух камер и длительное время автономной работы делают iPhone 11 даже лучше, чем прошлогодний iPhone XR. И учитывая его относительно низкую цену, это, вероятно, лучший новый iPhone для большинства людей. Улучшения камеры Отличительной чертой iPhone 11 является его 12-мегапиксельная двойная камера. Похоже, что Apple решила, что с телефонами этого года они сделают камеру ударно намеренно привлекательной. Единственная камера iPhone XR едва заметна, а дизайн удвоенной камеры iPhone XS не заставит вас задуматься о том, как она выглядит. Но двойная камера iPhone 11 требует вашего внимания и кричит: «Улыбайся! Вы на камеру! iphone xr iphone 11 камеры IPhone XR (слева) имеет одну широкую камеру. IPhone 11 (справа) имеет широкие и сверхширокие камеры. У iPhone 11 есть широкая камера, такая же, как на iPhone XR, но вторая камера iPhone 11 - это сверхширокая камера с 2-кратным увеличением, позволяющая вам снимать больше в любой среде, в которой вы снимаете. Эти две камеры также есть на iPhone 11 Pro, который добавляет третью телеобъектив для увеличения. Сверхширокий - это отличное дополнение, обеспечивающее еще большую гибкость при съемке фотографий. К счастью, Apple позволяет легко переключаться между широким и ультра широким диапазоном. При создании кадра в приложении «Камера» в нижней части рамки изображения появляется кнопка 1x, что означает, что используется широкая камера. Нажмите эту кнопку, и телефон переключится на сверхширокую камеру, и кнопка 1x станет кнопкой 0,5x. Нажмите кнопку еще раз, чтобы переключиться обратно. Кроме того, когда вы находитесь в режиме 1-кратного обзора камеры, вы получите предварительный просмотр того, как будет выглядеть сверхширокий снимок 0,5x. телефон шириной 11 фресок Снято на камеру iPhone 11 1x шириной. Приложение для камеры iphone 11 с широким видоискателем При использовании широкоугольной камеры вы можете увидеть предварительный просмотр сверхширокого обзора, не переключаясь на сверхширокую камеру. телефон 11 росписи ультра широкий Полученное изображение с помощью ультраширокой камеры iPhone 11. С точки зрения фактического качества изображения, как широкие, так и ультраширокие дают великолепно выглядящие фотографии. Цвета точные, а камеры обеспечивают потрясающий уровень детализации и четкости изображения. Конечно, мы говорили то же самое о предыдущих iPhone, и это все еще верно в отношении iPhone 11. Но эксклюзивно для iPhone 11 (и 11 Pro) - это новый ночной режим, который полностью обновляет игру Apple для съемки при слабом освещении. Действительно, если вы ищете только одну причину, чтобы купить новый iPhone, это, вероятно, это. Ночной режим снимает изображения, снятые в темноте, и использует программную обработку для выявления деталей, которые в противном случае были бы потеряны. У нас есть подробности о том, как использовать ночной режим и как он работает, в отдельной статье. Улучшение при слабом освещении было доступно в телефонах Android, и, наконец, на iPhone, и оно работает очень хорошо. Наше родственное издание PCWorld даже обнаружило, что ночной режим Apple лучше, чем версия Android. Итог: это полезная функция, которая дает отличные результаты. iphone 11 ночной режим перед Снято без использования ночного режима. iphone 11 ночной режим после Снято с активным ночным режимом. Каково это снимать в ночном режиме.Единственная проблема, с которой я столкнулся с задней камерой iPhone 11, - это отсутствие оптического зума. Как и в случае с iPhone XR, iPhone 11 имеет только цифровой зум, вплоть до 5-кратного. В некоторых случаях, особенно когда вы проходите цифровое увеличение с увеличением 2х, вы получаете заметный шум изображения, что делает неприглядную фотографию. Так что, если вы мне нравитесь и часто пользуетесь зумом, вам нужно переосмыслить то, как вы используете его на iPhone 11. камера iphone 11 крупным планом У камеры iPhone 11 нет оптического зума, хотя он предлагает 5-кратный цифровой зум. Стоит отметить, что Apple наконец-то обновила фронтальную камеру TrueDepth, с 7-мегапиксельной камеры, которая снимает видео 1080p / 60fps, до 12-мегапиксельной камеры, которая снимает видеокамеру 4K / 60fps. А передняя камера может записывать замедленное видео, которое ранее было недоступно. Так что да. Давайте посмотрим, сможет ли Apple сделать «обман». Быстрый телефон становится еще быстрее В основе iPhone 11 лежит новый процессор A13 Bionic, преемник A12 Bionic, который есть в iPhone XR. A12 Bionic - впечатляющий чип, так что же делает A13 Bionic, чтобы продолжить его? При производительности процессора выигрыш скромный. В тестах Geekbench 5 iPhone 11 продемонстрировал 14-процентное увеличение производительности одноядерного процессора по сравнению с iPhone XR, в то время как производительность многоядерных процессоров подскочила на 18%. Geekbench 5 Iphone 11 XR Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. В тестах, которые подчеркивают графическую производительность iPhone, iPhone 11 продемонстрировал более впечатляющие результаты по сравнению с iPhone XR. В тесте 3DMark Sling Shot iPhone 11 был на 29 процентов быстрее в тестах Sling Shot Extreme и Sling Shot Extreme Unlimited. В тесте 3D Stark Ice Storm Unlimited iPhone 11 был на 20 процентов быстрее. 3dmark рогатка iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. 3dmark icestorm iphone 11 xr Результаты являются баллами. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить. Цифры показывают повышение производительности, но чувствует ли себя iPhone 11 быстрее, чем iPhone XR? Это наверняка так. При повседневном использовании iPhone 11 чувствует себя быстрее, приложения чувствуют, что они запускаются быстрее, а производительность графики в играх заметно снижается. Это даже верно при сравнении производительности с iPhone XS, который использует тот же процессор, что и iPhone XR. IPhone 11 имеет тот же процессор, что и iPhone 11 Pro, и результаты тестов в целом для этих телефонов соответствовали друг другу. Так что, по сути, за несколько сотен долларов вы можете получить такую ​​же производительность в iPhone 11, как и профессионалы. Если производительность является вашим главным соображением, это ценностное предложение, которое трудно игнорировать. Немного больше время автономной работы Apple утверждает, что батарея iPhone 11 емкостью 3046 мАч работает на один час дольше, чем батарея iPhone XR емкостью 2942 мАч, и вы можете получить до 17 часов воспроизведения видео, 10 часов потокового видео и 65 часов воспроизведения аудио. Примечательно, что Apple больше не предоставляет оценку того, что она назвала «время разговора (беспроводное)». Для iPhone XR это было 25 часов, и мы можем подсчитать, что вы можете получить до 26 часов на iPhone 11. Согласно Apple Например, более длительный срок службы батареи был достигнут за счет сочетания большей батареи и оптимизации программного и аппаратного обеспечения. Мы использовали тест Geekbench 4 Battery Life, чтобы измерить время автономной работы и сравнить его с другими iPhone. Результаты нашего теста показали, что iPhone 11 и iPhone XR имеют одинаковое время автономной работы. На самом деле, в нашем тестировании iPhone 11 продержался всего на несколько секунд дольше, чем iPhone XR. В нашем тесте Geekbench 4 Battery Life выполняются ресурсоемкие задачи (с выключенным затемнением экрана) до тех пор, пока батарея не разрядится, поэтому она не отражает реальное использование. Тем не менее, это эффективный способ последовательно тестировать разные телефоны. батарея iphone 11 xr Результаты раз в минутах. Чем дольше бары / тем выше результаты, тем лучше. Нажмите, чтобы увеличить.Во время ежедневного использования мне никогда не приходилось заряжать iPhone 11 до конца моего дня. Я думаю, что я более требовательный пользователь, чем большинство, потому что я играю в Pokémon Go во время моих поездок на работу и обратно, а также на прогулку с собаками. В мой самый трудный день (в субботу, прогуливаясь по парку Золотых Ворот в Сан-Франциско, играя в PoGo, наблюдая за футбольным матчем моего сына и используя навигацию по Apple Maps), я закончил день, когда осталось 24% заряда батареи. Совсем неплохо. Одним из основных недостатков в отношении срока службы батареи является прилагаемое зарядное устройство. Apple по-прежнему имеет маленькое медленное 5-ваттное зарядное устройство со своей младшей моделью iPhone. За 29 долларов вы можете купить адаптер питания USB-C на 18 Вт от Apple - тот же, что входит в комплект поставки iPhone 11 Pro. Обидно, что Apple не включает это зарядное устройство в базовую модель. IPhone 11 также поддерживает беспроводную зарядку, но вам придется приобретать беспроводное зарядное устройство Qi отдельно. Дизайн: не связывайтесь с тем, что работает Apple не сильно изменилась, когда дело доходит до промышленного дизайна. IPhone 11 очень похож на iPhone XR, с анодированными алюминиевыми боковинами, выемкой дисплея и стеклянной задней панелью, доступной в черном, зеленом, фиолетовом, белом, желтом и (Product) Red. Тем не менее, цветовая гамма в этом году отличается: Apple решила использовать пастельные оттенки, более тонкие, чем яркие цвета XR. ободок iphone 11 Лицевая панель iPhone 11 (справа) толще, чем лицевая панель на OLED-телефонах, например iPhone 11 Pro Max (слева). IPhone 11 по-прежнему оснащен черными рамками, которые толще, чем у айфонов с OLED-дисплеями. И до тех пор, пока эта модель продолжает использовать ЖК-дисплей (более дешевая деталь, чем OLED в модели Pro), более толстые лицевые панели сохранятся, чтобы помочь остановить утечку света. Имейте в виду, я не нашел ободряющих рамок. На самом деле, я фактически не замечал их, пока они мне не указали. Наиболее заметным изменением дизайна между iPhone 11 и iPhone XR (помимо цветов и неровностей камеры) является размещение логотипа Apple, который теперь находится по центру, а не около камеры.

SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin