Azərbaycanda "Coca-Cola" şirkətinin yük maşını aşdı — Xəsarət alanlar var (FOTOLAR)

HADİSƏ 30 dek 2019, 10:17

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az "Report"a istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində "Coca-Cola" şirkətinə məxsus yük avtomobili, hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil eyni istiqamətdə hərəkətdə olan digər yük maşını ilə toqquşub. 


Zərbənin gücündən hər iki yük maşını aşıb.  Şirkətə məxsus avtomobildə olan içkilər ətrafa səpələnib. 


Hadisə nəticəsində hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top