Qadın sürücü sərxoş vəziyyətdə qəza törətdi – VİDEO

HADİSƏ 30 dek 2019, 09:24

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Oxu.Az xəbər verir ki, hadisə Yüsif Səfərov küçəsində baş verib.

 

Hərəkətdə olan “Kia” markalı avtomobilin sürücüsü Qasımova Heyranə idarəetməni itirərək yol kənarında dayanmış VAZ 2107 markalı avtomobilə çırpılıb.

 

Hadisə nəticəsində “Jiquli”də olan bir nəfər şəxs xəsarət alıb. Xanım sürücü isə yol polis əməkdaşları tərəfindən alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top