Türkiyə XİN-dən erməni terrorçunun azad edilməsinə SƏRT REAKSİYA

SİYASƏT 28 dek 2019, 21:21

28 yanvar 1982-ci ildə Los-Ancelesdə Baş konsulumuz Kamal Arıkanı xain bir hücumla qətlə yetirən terrorçu Xampiq Sasunyanın şərti azadlıq tələbinin bütün təşəbbüslərimizə baxmayaraq, 27 dekabr 2019-cu il tarixində Kaliforniyada baş tutan məhkəmədə qəbul edildiyi bəlli olub.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.


Türkiyə XİN-in bəyanatında rəsmi Ankaranın sözügedən qərarı qınadığı və rədd etdiyi qeyd edilib.


“Vəzifə başında şəhid edilən diplomatımızın qatilinin azadlığa çıxmasına zəmin yaradan bu qərar beynəlxalq hüquq prinsipləri və ədalət anlayışına ziddir, terrorla mübarizənin əməkdaşlıq ruhuna uyğunlaşmır. Sasunyanın türk düşmənçiliyi bəsləyən ideologiya əsasında planlı və bilərəkdən törətdiyi, məhkumluğu müddətində heç bir peşmanlıq nümayiş etdirmədiyi bu hadisə bəsit bir cinayət deyil, bir nifrət cinayəti və terror aktıdır”,  - Türkiyə XİN-dən bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top