Aygün Kazımova Qarabağ qazisinin önündə diz çökdü – VİDEO

ŞOU-BİZNES 27 dek 2019, 17:34

Xalq artisti Aygün Kazımova Azərbaycan Dövbət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən 2019-cu ilin idman yekunlarına həsr olunmuş tədbirdə Dağlıq Qarabağ müharibəsi zamanı ağır xəsarət alan, Paralimpiya Oyunlarında Dünya Kubokunun qalibi Əkbər Muradovun qarşısında diz çökərək mahnısını səsləndirib.

 

Oxu.Az xəbər verir ki, xalq artisti ifası zamanı əlindəki gül çələngi ilə Ə.Muradova yaxınlaşıb. Qarabağ veteranın qarşısında diz çökən Kazımova gülü ona təqdim edib.

 

Xalq artisti Aygün Kazımovanın bu addımı tədbir iştirakçıları, eləcə də Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən alqış və rəğbətlə qarşılanıb.

 

 

Qeyd edək ki, Əkbər Muradovun idman fəaliyyəti 2004-cü ilə təsadüf edir. O, kişilərin 10 metr məsafəyə güllə atıcılığında dünya sıralamasında 5-ci yerə sahib olub. İdmançı 2007 və 2013 Avropa Çempionatının bürünc mükafatçısı və Dünya Kubokunun qalibidir. Azərbaycanı 2012 Yay Paralimpiya Oyunlarında təmsil edib. Hazırda isə məşhur paralimpiyaçı güllə atıcılığı üzrə baş məşqçi kimi idman fəaliyyətini uğurla davam etdirir.

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top