Tarixçi alim Ramin Əlizadə deputatlığa namizədliyini irəli sürdü

SİYASƏT 27 dek 2019, 15:34

Tarixçi alim Ramin Əlizadə Qubadlı və Zəngilan rayonlarının tanınmış ziyalılarının təşəbbüsünü nəzərə alaraq, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

 

Demokrat.az-ın məlumatına görə, Ramin Əlizadə 1980-ci ildə Qubadlı rayonunun Teymur-Müskanlı kəndində ziyalı ailəsində anadan olub.

 

O, Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin bakalavr və magistraturasını fərqlənmə ilə bitirib. BDU-da əyani doktoranturada təhsil alıb. Ramin Əlizadə Qarabağ, Zəngəzur, İrəvan, Qubadlı, Şuşa, Xocalı və işğala məruz qalmış digər yurd yerlərimizin real tarixini əks etdirən sənədli filmlərin və məqalələrin müəllifi kimi tanınır. O, həmçinin “Zəngəzur tarixi” və “Dərbənd tarixi” kimi iri miqyaslı layihələrin müəllif kollektivinə daxildir.

 

R.Əlizadə hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi və BDU-nun Tarix fakültəsinin müəllimidir.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top