Brilliant Namiq və əkizləri "qabiliyyətsiz" adlandırdı – VİDEO

ŞOU-BİZNES 24 dek 2019, 20:58

"Xəzər" telekanalında yayımlanan "5/5" verilişində qalmaqallı an yaşanıb.


Axşam.az xəbər verir ki, proqramda meyxanaçı Namiq Qaraçuxurlu, müğənnilər Sevil və Sevinc Səfərova bacıları qonaq olublar. İfaçılar ad günü olan aparıcı Zaur Kamaldan yaşını soruşublar.

 

Həmin an efirə Xalq artisti Brilliant Dadaşova zəng edib. Zaur müğənniyə "Bayaqdan Namiq, Sevil və Sevinc məndən yaşımı soruşur. Siz də yaş soruşacaqsız" sualını ünvanlayıb.

 

Dadaşova "Mən o qabiliyyətin sahibi deyiləm. Ayıbdır. Yaşın fərqi yoxdur, təki can sağlığı olsun" sözlərini deyib.

 

Onun ifaçıları qabiliyyətsiz adlandırması Qaraçuxurlunu əsəbiləşdirib. O, qarşı tərəfə "Brilliant xanımın yaş kompleksi var" sözlərini söyləyib.

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top