Zeynəb Xanlarova AzTV-nin yeni il çəkilişi üçün Bakıya gəldi – VİDEO

ŞOU-BİZNES 24 dek 2019, 11:10

Uzun illərdir TV və radiolardan uzaq düşən Xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.

 

Demokrat.az xəbər verir ki, bu barədə Əməkdar artist Rəşad İlyasov məlumat verib. O, instaqram səhifəsində video paylaşaraq məşhur müğənninin 2020-ci ilin ilk dəqiqələrində efirdə görünəcəyini qeyd edib.

 

Bundan əlavə, İlyasov Xanlarovanın yanında olan iki gənclə bağlı maraqlı fakt açıqlayıb. O, sözügedən şəxslərin Xalq artistini çox sevdiyini, bunun üçün soyadlarını (Cabbarova və Qasımov) dəyişərək “Xanlarova” olaraq dəyişdirdiklərini vurğulayıb. 

 

“Mən kimisə nə qədər çox istəsəm də, soyadımı dəyişmərəm. Məhəbbətə, sevgiyə baxın! Bunun üçün həyatda yaşayıram. Mən 5-6 nəfər üçün yaşamıram”,- deyə Zeynəb Xanlarova bildirib.

 

Bundan əlavə, sənətkar həmin gün fotosessiya da etdirib. O, fotoqraf Niko Abbasovun kamerasına pozalar verib.

 

Qeyd edək ki, bir müddət əvvəl Xanlarovanın köməkçisi mətbuata açıqlama verərək Xalq artistinin Amerikada yaşadığını, Bakıya daha az gəldiyini bildirmişdi. Həmçinin müğənninin ABŞ-da öz adına xeyriyyə fondu yaratdığı iddia olunmuşdu. (qafqazinfo)

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top