Şəbnəm Tovuzlu: "Mənimlə yanaşı adının çəkilməsi kimlər üçünsə şərəf olar" (VİDEO)

ŞOU-BİZNES 23 dek 2019, 22:25

Efirdən kiminsə adının mənimlə çəkilməsi onun üçün şərəf ola bilər.

 

Demokrat.az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu  “Xəzər TV”də yayımlanan “Hər Şey Daxil” verilişində son günlər onun haqqında danışanlara efirdə cavab verməməsi səbəbindən bəhs edərkən deyib.

 

“Mən efir vasitəsilə cavab vermirəm. Lazım olanların cavabını şəxsən verirəm. Amma bu barədə mətbuata yazmağa razı olmuram. Çünki bəzilərinə mənimlə adının çəkilməsi şərəf olar. Ona görə də, sözümü özlərinə deyirəm. Ondan sonra yerlərinə otururlar”, - deyə müğənni bilidirib.

 

Şəbnəm Tovuzlu əlavə edib ki, kimsə onu sındıra bilməz:

 

“Eyni zamanda mənə toxuna bilməzlər. O cür insanlar haqqında danışmağım onlara şərəf olar. Yalnız haqsızlıq olan yerdə cavab verirəm”.

 

 

 

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top