Gəncədə seçki məntəqəsində yanğın

HADİSƏ 22 dek 2019, 15:22

Gəncədə Yeni Gəncə yaşayış massivində yerləşən Əhməd Cavad adına 2 saylı tam orta məktəbdə yanğın baş verib.


Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə yerinə FHN-in 6 yanğınsöndürən maşını cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb.


Hadisə nəticəsində iki xalça və bir neçə stul yanıb. Yanğının səbəbləri araşdırılır.


Qeyd edək ki, sözügedən məktəbdə 37 saylı Nizami birinci seçki dairəsinin 13, 14 və 15 saylı məntəqələri yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top