Şirvanın icra başçısı seçki məntəqəsinə niyə gedib? — FOTOLAR

HADİSƏ 22 dek 2019, 17:27

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə müdaxilə etdiyi iddia olunur.

 

Demokrat.az sosial şəbəkələrdə yayılan şikayəti təqdim edir:
 

“Fotolar 46 saylı Şirvan Dairə Seçki Komissiyasının (DSK) 24 saylı Şirvan seçki məntəqsində çəkilib. İcra başçısının solunda dayanan Şirvan bələdiyyəsi üzvlüyünə namizəd İlham Səfərovdur. Onun həm də bələdiyyə sədri olacağı iddia olunur. Əvvələr Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olub. Fotoda başçıdan sol tərəfdə 3-cü 46 saylı Şirvan DSK-nın sədridir. Yenə başçıdan solda 4-cü 24 saylı seçki məntəqəsinin sədridir. Şəkildə gördüyünüz qadınlar isə seçki məntəqəsinin üzvləridir. İ.Abbasovun bu adımı qanunvericiliyə ziddir”.
 

Qeyd edək ki, İ.Abbasov 2004-2005-ci illərdə Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin, 2005-2019-cu illərdə Bakı Şəhər Suraxanı Rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. O, daha sonra Azərbaycan Prezidentinin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Şirvan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.(Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top