Sabah hava necə olacaq? — PROQNOZ

HADİSƏ 22 dek 2019, 16:35

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Demokrat.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Şimal-qərb küləyi 3-8 m/s, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm cive sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.


Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir.


Qərb küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top