Moskvanın mərkəzində baş verən atışmadan VİDEO

DÜNYA 20 dek 2019, 10:11

Rusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinə aid bina yaxınlığında atəş açan şəxsin kimliyi müəyyənləşib.


"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətkarın 39 yaşlı Moskva sakini Yevgeni Manyurov olduğu aydınlaşıb.


Qeyd edək ki, rəsmi məlumata əsasən silahlı şəxsin açdığı atəş nəticəsində Federal Təhlükəsizlik Xidmətinin 1 əməkdaşı həlak olub, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri mülki şəxsdir.


Bir sıra yerli KİV orqanları hadisə zamanı 3 nəfərin həlak olması barədə məlumat yayıblar. Qeyd edilir ki, onların hər 3-ü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Lakin bu məlumat hələlik təsdiqlənməyib.


Cinayətkar əməliyyat zamanı öldürülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top