Oliqarx deputatın və ailə üzvlərinin London sənədləri yayıldı – FOTOLAR

SOSİAL 19 dek 2019, 17:43

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin deputatı Cavanşir Feyziyevlə bağlı sənəd yayıb.

 

Demokrat.az xəbər verir ki, C.Həsənli qeyd edib ki, yeni buraxılmış parlamentin oliqarx deputatı, ötən 9 il ərzində yarım milyard manatlıq tenderin şübhəli qalibi olmuş "Avromed" şirkətinin faktiki sahibi, bir də üstəlik Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ailə üzvləri Britaniyada məskunlaşıblar:

 

“2019-cu ilin aprel ayında Londonda Feyziyevlə bağlı HQ18M01270 saylı məhkəmə işində qeyd olunur ki, şikayətçi Azərbaycan parlamentinin deputatıdır, ailə üzvləri - həyat yoldaşı və övladları Londonda yaşayırlar, iki uşağı burada məktəbə gedir, özü ilin əhəmiyyətli hissəsini Londonda sahib olduğu evində keçirir. (His case, which is admitted by the defendants, is that he lives for a substantial proportion of the year in a home he owns in London, where his wife and children live permanently and where his two children are at school, and that he invests significant sums in this jurisdiction)”.

 

                                 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top