Pərviz Müşərrəf ölüm hökmünü “şəxsi qisas”ın nəticəsi adlandırdı

DÜNYA 19 dek 2019, 15:42

Pakistanın keçmiş Prezidenti Pərviz Müşərrəf dövlətə xəyanət işi ilə bağlı barəsində qəbul edilmiş ölüm hökmünü bəzi rəqiblərinin “şəxsi qisas”ının nəticəsi kimi qiymətləndirib.

 

“RİA Novosti” xəbər verir ki, siyasətçi məhkəmənin qərarı ilə bağlı xəbəri televiziya vasitəsilə öyrəndiyini qeyd edib.

 

“Bu iş bəzi insanların şəxsi qisasının nəticəsinə çevrildi. Əvvəllər heç vaxt məhkəmə müttəhimi dinləmədən və vəkillərinə onun mövqeyini müdafiə etmək imkanı vermədən qərar çıxarmayıb”, - Müşərrəf bildirib.

 

Onun sözlərinə görə, sözügedən məhkəmə işinin əvvəlindən sonuna qədər qanunun aliliyi prinsipi pozulub.

 

Qeyd edək ki, 2016-cı ildə Pakistan Ali Məhkəməsinin Pərviz Müşərrəfə ölkəni tərk etməyə icazə verməsindən sonra keçmiş prezident BƏƏ-yə müalicəyə yollanıb və indi də bu ölkədədir. (oxu.az0

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top