“Yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar” – Ekspert

İQTİSADİYYAT 18 dek 2019, 13:40

Hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasiyası həyata keçirilir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur:

 

“Bu, o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımızın yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq. Hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib. Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir”.

 

Onun sözlərinə görə, 2020-ci il yanvar ayının ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq.

 

Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top