Pakistan ordusu Müşərrəfin edam olunması haqqında qərarın əleyhinə çıxdı

DÜNYA 18 dek 2019, 08:40

Pakistan Silahlı Qüvvələri ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul edilən edam qərarına etiraz edib. Ordunun mətbuat xidməti dekabrın 17-də bununla bağlı bəyanat yayıb.


 
“Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 il ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak etmiş Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”.


 
Pakistan hərbçilərinin fikrincə belə bir ağır hökm – nonsensdir. 


 
Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top