“Evin döşəməsi yoxdur, Əsmər nənə palçığın içində yaşayır” — Röya icra başçılarına SƏSLƏNDİ

SOSİAL 17 dek 2019, 21:12

Xalq artisti Röya Ayxan şəhid anası Əsmər Cəfərova ilə görüşü haqqında danışıb.


Demokrat.az xəbər verir ki, Röya Ayxan şəhid ailəsinin sosial durumun ağır olmasını diqqətə çatdırıb:


"Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratım böyük və gözəldir. Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid. Bizə düşən odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm”.


Müğənni daha sonra qeyd edib ki, hər kəsdən, xüsusilə icra başçılarından rayonlara diqqət yetirmələrini rica edib: "Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışlarını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

 

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top