Vilayət Eyvazov yeni rəis təyin etdi

SOSİAL 17 dek 2019, 18:17

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

 

Demokrat.az xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun imzaladığı əmrlə Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin Növbətçi Hissəsinin rəisi, polis polkovniki Mahir Məmmədov vəzifəsindən azad olunaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Mahir Məmmədov əvvəllər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinin rəisi vəzifəsində çalışıb.(report)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top