Cavid Qurbanov: ""Şanxay"da evləri sökülənlər artıq daha yaxşı şəraitdə yaşayırlar"

SOSİAL 17 dek 2019, 13:18

İnsanlar evlərin elə yerdə tikməlidir ki, həm özləri üçün təhlükə olmasın, həm də sökülməli olmasın.


Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.


C.Qurbanov bildirib ki, bəzən insanlar ev tikərkən məqsədəuyğun olmayan ərazilər seçirlər:


“Məsələn, elektrik xətlərinin altında, dəmir yollarının ağzında ev tikmək doğru deyil. Bu ilk növbədə həmin ailələrin öz təhlükəsizliyi baxımından doğru deyil. Elə Bakı “Şanxayı” adlandırılan ərazini götürək. O ərazi, təəssüf ki, ev tikilməsi üçün münasib deyil. Biz dəmir yollarının yaxınlığında olan təhlükəli evləri sökmək məcburiyyətində qaldıq. Bu, onların yaşayış şəraitini yaxşılaşdırmağa xidmət edir. Artıq onlar daha yaxşı şəraitdə yaşayırlar”. (Trend)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top