YAP-dan açıqlama: “Maraqlı bir siyahının olması gözlənilir”

GÜNDƏM 16 dek 2019, 16:11

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Mirzəzadə musavat.com-a bildirib ki, hakim partiyanın deputatlığa namizədlər siyahısının açıqlanması ilə bağlı iş gedir.

 

Aydın Mirzəzadənin dediyinə görə, cəmiyyətin marağına səbəb olacaq, eyni zamanda Yeni Azərbaycan Partiyasının potensialını, yenilik əhval-ruhiyyəsini, cəmiyyətin dəyərlərinə söykənməsini əks etdirən maraqlı bir siyahının olması gözlənilir.

 

Onun sözlərinə görə, zamanı gələndə partiya siyahısını təqdim edəcək: 

 

“Siyahıda tanınan simalarla yanaşı, yeni simaların da olacağı gözləniləndir. Çünki ötən 4 il ərzində cəmiyyətdə yeni simalar, yeni səslər ortaya çıxıb. Onların da təmsil olunmaq hüququ var. Prinsip etibarilə Yeni Azərbaycan Partiyası yenə də parlamentdə çoxluq qazanmaq əzmindədir. Bunun üçün bütün resurslarımızı cəlb etmişik. Yerli təşkilatlar aktiv surətdə seçkiyə hazırlaşırlar. Bələdiyyə seçkilərindən sonra daha böyük resurs parlament seçkilərinə yönələcək”.(Musavat.com)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top