Qusarda daha üç nəfər zəhərləndi

HADİSƏ 16 dek 2019, 15:45

Qusarda dəm qazından zəhərlənmə olub.

 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qalacıq kənd sakinləri - 30 yaşlı Şıxrəhimova Ceyran Murad qızı və onun həyat yoldaşı 32 yaşlı Şıxrəhimov Vaqif İslaməddin oğlu dəm qazından zəhərlənib. 

 

Onlar gecə saatlarında Qusar rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin ilk yardımından sonra onların vəziyyəti yaxşılaşıb və evə buraxılıb. 

 

Dəm qazından zəhərlənmə bununla bitməyib. Daha bir nəfər rayonun Yeni həyat kənd sakini 31 yaşlı Arzu Balabəyova da eyni diaqnozla rayon xəstəxanasına gətirilib. 

 

Hər iki faktla bağlı araşdırma aparılır. 

 

Qeyd edək ki, dekabrın 15-i gecə saatlarında beşi uşaq olmaqla, bir ailənin səkkiz üzvü, digər ailədən isə üç nəfərin qidadan zəhərlənməsi iddiası ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top