"Dünən bardan çıxanı deputat seçmək olmaz" — Hafiz Hacıyev namizədlərə söz atdı

GÜNDƏM 16 dek 2019, 14:28

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

 

Demokrat.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, deputatları xalq seçir: "Bununla bağlı heç kimə məhdudiyyət qoymaq mümkün deyil. Xalq kim istəyirsə, onu da seçəcək. Yaşlıdan da, gənc nəsildən də nümunə götürmək lazımdır. Bunların hər biri bir-birinə sintez olmalıdır. Dünən bardan çıxan və yaxud da parta arxasından duran uşağı gətirib harasa deputat seçmək doğru olmazdı. Çünki onun təcrübəsi yoxdur. Xalqımız kimə səs verəcəksə o da deputat seçiləcək. Azərbaycan demokratik dövlətdir. Bizim ölkəmizdə demokratik cəmiyyət formalaşıb. Cənab prezidentimizin bu demokratlaşma yolunda atdığı addımlar və göstərdiyi səylər düşünürəm ki, uğurla nəticələnəcək. Ona görə heç kimə qadağa qoya bilmərik ki, sən qocasan və ya cavansan, namizədliyini vermə. Bunu xalq seçir. Xalq kimə çox səs verəcək o da parlamentdə oturacaq. Ona görə də bu məsələlərdə səbirli və tolerant olmaq lazımdır. Pisdi deyib üzərinə getmək də düzgün olmaz".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top