Meriyadan "28 May" ərazisindəki qəzet köşklərinin götürülməsi ilə bağlı AÇIQLAMA

SOSİAL 16 dek 2019, 14:54

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) metronun "28 May" stansiyasının yaxınlığından qəzet köşklərinin götürülməsinin səbəbini açıqlayıb.

 

BŞİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə yenidənqurma işləri həyata keçiriləcək.

 

"Prezident İlham Əliyev noyabrın 19-da həmin ərazidə olarkən tapşırıqlarını verdi. Yenidənqurma işləri 2020-ci ilin yanvarından başlayacaq. İşlər başa çatdıqdan sonra köşklər yerinə qaytarılacaq. Bakıda qəzet köşklərinin yığışdırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir" - məlumatda qeyd olunub.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top