Azərbaycanlı gənc Rusiyada faciəvi şəkildə öldü — FOTO

HADİSƏ 16 dek 2019, 14:03

Bu gün Moskva vilayətinin Voskresenski rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumatı Saratov vilayətinin xilasetmə xidməti yayıb.

 

Qəza Sızran-Saratov-Volqoqrad magistral yolunun 236-cı kilometrliyində baş verib. 

 

Belə ki,  “Chery” minik maşınını idarə edən 26 yaşlı sürücü “Scania” markalı avtomobil daşıyan TIR-la toqquşub. Qəza nəticəsində “Chery” markalı avtomobili idarə edən gənc hadisə yerində vəfat edib. Məlum olub ki, qəzada həlak olan şəxs Azərbaycan vətəndaşıdır.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır, qəzanın səbəbləri araşdırılır.

 

İlkin məlumatlara görə qəzanın səbəbkarı “Scania” yük maşınının sürücüsüdür, o, qarlı havada idarəetməni itirərək, minik avtomobilinə çırpılıb. (oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top