"Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil" — General Əliağa Hüseynov

GÜNDƏM 16 dek 2019, 15:08

“Deputat seçilmək mənim istəyimlə olan məsələ deyil. Deputatı hər şeydən əvvəl xalq seçməlidir”.

 

Demokrat.az bildirir ki, bu fikirləri Modern.az-a açıqlamasında beşinci çağırış Milli Məclisin deputatı olmuş, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb-sürməməklə bağlı sualı cavablandırarkən deyib.

 

Deputat bildirib ki, onun yenidən deputat seçilməsinə xalq qərar verə bilər:

 

“Əgər Salyan camaatı məni deputat görmək istəsə, namizədliyimi irəli sürə bilərəm. Xalq istəməsə, mən necə deputat olaram?! Bu cür məsələlərdə xalqın fikirləri öndə olur. Xalq nə qərar versə, o da olacaq. Mən əlavə nəsə deyə bilmərəm”.

 

Qeyd edək ki, Milli Məclisin IV və V çağırış deputatı olmuş Əliağa Hüseynov 59 saylı Salyan seçki dairəsini təmsil edib. Partiya mənsubiyyəti yoxdur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top