Səyavuş Heydərov: "Ermənistan vandalizmi ilə bağlı materiallar beynəlxalq təşkilatlara da təqdim olunub"

"Ermənilərin işğal olunmuş ərazilərimizdəki vandalizm aktlarına qarşı tədbirlərin keçirilməsi prioritet məsələdir. Azərbaycanın işğal olunmuş ərazilərində İslam və digər dinlərə aid onlarla dini məbəd dağıdılıb. Bu məbədlərdə heyvanların saxlanılması barədə də məlumatlar verilib".

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

 

O qeyd edib ki, Ermənistan tərəfi arabir bəzi məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlətməyə çalışır: "Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub. Biz bu işi davam etdirəcəyik və bununla bağlı konkret planlar nəzərdə tutulub".

16 Dekabr 2019, 13:13   
SİYASƏT bölməsinə aid digər xəbərlər
Loading...
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin