Zelenskinin Azərbaycana səfərində bir sıra sənədlərin imzalanması gözlənilir

SİYASƏT 16 dek 2019, 12:21

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Azərbaycana rəsmi səfərə gələcək.

 

"Report" Ukrayna Prezidentinin Aparatına istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.

 

Səfər zamanı Ukrayna ilə Azərbaycan arasında prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş bir neçə ikitərəfli sənədin imzalanacağı gözlənilir.

 

V.Zelenskinin səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcəyi planlaşdırılır.

 

Ukrayna və Azərbaycan prezidentləri Ukrayna-Azərbaycan biznes forumunun işində iştirak edəcəklər.

 

Həmçinin Bakıda V.Zelenski Azərbaycanın Ukrayna icmasının nümayəndələri ilə görüşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top