Azərbaycanda bir ailənin 8 üzvü zəhərləndi

HADİSƏ 16 dek 2019, 10:55

Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.

 

Demokrat.az-ın "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar – 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.

 

Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.

 

 

Demokrat.az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top