Salyandakı qəzada yaralananların kimliyi bilindi — YENİLƏNİB

HADİSƏ 16 dek 2019, 10:24

Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

 

Bunlar Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1971-ci il təvəllüdlü Cəbrayılov İsmayıl Ələsgər oğlu və 1970-ci il təvəllüdlü Cəbrayılova Cəmilə İsmayıl qızıdır.

 

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

***
09:36

 

Salyan rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Demokrat.az report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

 


İlkin məlumata görə, yol qəzası zamanı iki nəfər xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top