Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb

HADİSƏ 16 dek 2019, 09:16

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

 

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. 

 

Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.

 

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top