Millimizin üzvü erməni məşqçiyə görə klubundan ayrılır

İDMAN 15 dek 2019, 23:17

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.


Demokrat.az xəbər verir ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.


Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.


Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.(sportinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top