Kəramət Böyükçöl deputatlığa namizədliyini verdi

GÜNDƏM 15 dek 2019, 22:58

Tanınmış yazıçı Kəramət Böyükçöl də deputat olmaq fikrinə düşüb.


Demokrat.az xəbər verir ki, o, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olacaq. 


Kəramət Böyükçöl hər kəsdən dəstək istədiyini bildirib: 


"Sabahdan işlərə başlayıram. Demirəm, yüz faiz deputat olacağam. O qədər sadəlövh deyiləm. Sadəcə, həm bəxtimi, həm də ölkəmi sınayım, görüm fikirlərimdə yanılmamışam ki? Bütün hallarda mənim gözümdə Azərbaycan xalqı yalnız soğan əkməyə, Azərbaycan müəllimi fəhlə işləməyə layiq deyil. Sevgilər!


İnanıram ki, dəstəkləyənlər çox olacaq. Amma görək hakimiyyət doğrudan gənclərə imkan verəcək? Dostlarımdan da xahiş edirəm, dəstəyini əsirgəməsinlər, fikir və təkliflərini rəydə yazsınlar. Getdim. Uğurlar! Kömək etməsəniz də, xeyir-dua verin, bəsimdir".(Yenisabah.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top