Bu il dünyada 75 jurnalist öldürülüb

DÜNYA 15 dek 2019, 21:59

Bu ilin dekabr ayına qədər müddətdə dünyada 75 media nümayəndəsi öldürülüb. Onlar arasında reportyor, telemüxbir, operator, fotojurnalist var. 


Demokrat.az xəbər verir ki, bu barədə nüfuzlu PRC təşkilatının (Press Emblem Campaign) hesabatında deyilir. 


Qeydə alınan ölüm halları dünyanın 26 ölkəsində baş verib. Ölən jurnalistlər arasında meksikalı müxbirlər (13 nəfər) say çoxluğuna görə ön sıradadır. Daha sonra sayına görə, əfqanıstanlı ( 8), pakistanlı (8) jurnalistlər qətl ediliblər. Ardınca say çoxluğuna görə, Suriya (6), Honduras (5) və Filippin (4) gəlir. Jurnalist ölümü qeydə alınan ölkələr arasında Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və başqa ölkələr  var.  


Hesabatda öz vəzifəni yerinə yetirərkən yaralanan, hücum və təhdidə  məruz qalan jurnalistlər barəsində də məlumat verilir.


Təşkilatın məlumatına görə, ötən on il ərzində 1174 KİV əməkdaşı öldürülüb.


Məlumat üçün qeyd edək ki, hesabatda 2006-cı ildən bu yana öldürlən jurnalistlərin sayı da göstərilib. 13 il ərzində ən aşağı göstərici 2019-cu il, bu il ərzində qeydə alınıb.  Ötən il bu göstərici  117 nəfər olub. 


Ötən 13 il ərzində isə ən çox qətl edilən jurnalist  2012-ci ildə 141 nəfər olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top